Menyu

Fransada tələbə etirazları genişlənib, 400-ə yaxın məktəb bağlanıb

Nicat Hüseynli
Fransada tələbə etirazları genişlənib, 400-ə yaxın məktəb bağlanıb
1 dəq oxu

Fransada məktəb və universitet tələbələrinin etirazları ölkə üzrə genişlənib, aksiyalar səbəbindən 400-ə yaxın məktəb bağlanıb.

Operativ Media xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.

Məlumata görə, etirazçılar məktəb şəraitinin qeyri-kafi olması və müəllim çatışmazlığına etiraz edirlər. Aksiyalarla əlaqədar 2 minə yaxın şəxsin saxlanıldığı bildirilib.

Fransanın Təhsil naziri Eduard Joffrua etirazlar başlayandan bəri 40 lisey direktoru daxil olmaqla ən azı 65 əməkdaşın və təxminən 170 şagirdin yaralandığını bildirib. Onun sözlərinə görə, 100-dən çox liseyə ciddi ziyan dəyib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər