Menyu

Kanada süni intellekt inkişafı üçün məsləhət şurası yaradıb

Şəfa Hüseynli
Kanada süni intellekt inkişafı üçün məsləhət şurası yaradıb
1 dəq oxu

Kanadanın Baş naziri Mark Karni süni intellektin (Sİ) istifadəsi üzrə məsləhət şurasının yaradıldığını elan edib.

Operativ Media xəbər verir ki, bu barədə hökumətin mətbuat açıqlamasında bildirilib.

Qeyd olunub ki, Baş nazirin Süni İntellekt üzrə Milli Şurası hökumətə "Hamı üçün Süni İntellekt" strategiyasının hazırlanması, tətbiqi və təhlükəsiz istifadəsi ilə bağlı məsləhət vermək üçün dövlət və özəl maraqlı tərəfləri bir araya gətirəcək.

Məlumata görə, bu proqram növbəti beş il ərzində 250.000 süni intellekt iş yeri yaratmaqla əlavə 200 milyard dollarlıq iqtisadi artıma nail olmağı hədəfləyir.

Əlaqəli Xəbərlər