Menyu

Google qeyri-adi klaviatura təqdim edib

Şəfa Hüseynli
Google qeyri-adi klaviatura təqdim edib
1 dəq oxu

Google görünüşünə görə kiçik eskalatora bənzəyən "Gboard Rotating Version" adlı qeyri-adi klaviaturanın prototipini təqdim edib.

Operativ Media xarici mediaya istinadən xəbər verir ki, ənənəvi klaviaturadan fərqli olaraq, düymələr bir yerdə qalmır. Bunun əvəzinə, konveyer lentləri daim hərəkət edir və düymələri istifadəçinin barmaqlarına çatdırır.

Bildirilib ki, yeni konseptin əsas xüsusiyyəti mətni bir əllə yazmaq qabiliyyətidir.

Tərtibatçılar bildiriblər ki, hərəkətli mexanizm sayəsində istifadəçinin əlini klaviaturanın müxtəlif hissələrinə aparmasına ehtiyac yoxdur. Lazımi düymələr özləri barmaqlara doğru hərəkət edir.

Məlumata görə, Gboard-un fırlanan versiyası hər birində 29 düymə olan dörd konveyer lentindən ibarətdir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər