Menyu

Moldovanın hava məkanı PUA-larla pozulub

Operativ Media
Moldovanın hava məkanı PUA-larla pozulub
1 dəq oxu

Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb.

Operativ Media xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb.

Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığında müşahidə edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Kauşanı yaşayış məntəqəsi yaxınlığında tüstülənən pilotsuz uçuş aparatının (PUA) qalıqlarını aşkar ediblər. PUA qalıqları Hinçesti rayonunun Dubrovka kəndi yaxınlığında, Delakeu və Puxeçeni kəndləri arasında da tapılıb. Krokmaz kəndində dronun üzüm bağına düşməsi nəticəsində quru bitki örtüyü yanıb, yaxınlıqdakı evin isə pəncərələri sınıb.

İnsidenti araşdırmaq üçün polis və Milli Ordunun bölmələri hadisə yerinə gedib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər