Binəli Yıldırım TDT üzv ölkələri təbrik edib
Operativ Media
1 dəq oxu
Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Türk Dövlətləri Əməkdaşlıq Günü münasibəti ilə quruma üzv ölkələri təbrik edib.
Operativ Media xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.
“Keçmişdən aldığımız güc və ortaq dəyərlərimizlə gələcəyə əmin addımlarla irəliləyirik. Türk Dövlətləri Təşkilatı çərçivəsində güclənən əməkdaşlığımızın iqtisadiyyat, mədəniyyət, təhsil və sosial sahələrdə daha da inkişaf edərək, qardaş ölkələrimiz arasındakı bağları daha da möhkəmləndirməsini və ortaq gələcəyimizə dəyər qatmasını arzulayıram.
3 Oktyabr Türk Dövlətləri Əməkdaşlıq Günü mübarək olsun. Türk dünyasının birliyi, həmrəyliyi və qardaşlığı daim olsun”, - Binəli Yıldırım bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu