Menyu

ABŞ Suriyaya silah satışına qoyulan qadağanı ləğv edib

Operativ Media
ABŞ Suriyaya silah satışına qoyulan qadağanı ləğv edib
1 dəq oxu

ABŞ hökuməti Suriyanı silah satışına qadağa qoyulmuş ölkələr siyahısından çıxarıb.

Operativ Media xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Qərara əsasən, Dəməşqin silah almaq üçün etdiyi müraciətlər artıq avtomatik olaraq rədd edilməyəcək, müvafiq qaydada nəzərdən keçiriləcək.

Nəşr qeyd edib ki, bu, ABŞ-nin Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyanın yeni rəhbərliyini Vaşinqtona daha da yaxınlaşdırmaq üçün atdığı addımların bir hissəsidir.

Donald Tramp administrasiyası Bəşər Əsədin devrilməsindən və Əhməd Şaraanın hakimiyyətə gəlməsindən sonra Suriyaya qarşı sanksiyaları mərhələli şəkildə ləğv edir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər