Menyu

Buryatiyada insanların həyatına təhlükə yaradan 330-dan çox ayı zərərsizləşdirilib

Operativ Media
Buryatiyada insanların həyatına təhlükə yaradan 330-dan çox ayı zərərsizləşdirilib
1 dəq oxu

Mütəxəssislər Buryatiyada yaşayış məntəqələrinə yaxınlaşaraq insanlar üçün təhlükə yaradan 330-dan çox ayını zərərsizləşdiriblər.

Operativ Media xəbər verir ki, bu barədə TASS "Burprirodnadzor"a istinadən məlumat yayıb.

"İnsanlar üçün təhlükə yaradan 331 ayı zərərsizləşdirilib. Buryatiyada ayıların yaşayış məntəqələrinə yaxınlaşması ilə bağlı vəziyyət mürəkkəb olaraq qalır. Gün ərzində "Burprirodnadzor"a bununla bağlı təxminən 15-20 məlumat daxil olur", - idarədən bildiriblər.

Hər bir müraciət üzrə dövlət ov müfəttişləri ovçularla birlikdə əraziyə gələrək yoxlama aparırlar. Tədbirlərə 81 ovçudan ibarət 24 briqada cəlb edilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər