Menyu

Vilnüs hava limanı fəaliyyətini bərpa edib

Operativ Media
Vilnüs hava limanı fəaliyyətini bərpa edib
1 dəq oxu

Vilnüs Beynəlxalq Hava Limanı hava təhlükəsi ilə bağlı xəbərdarlığın ləğv edilməsindən sonra fəaliyyətini bərpa edib.

Operativ Media xəbər verir ki, bu barədə Litvanın Milli Böhranların İdarə Edilməsi Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas LRT radiosunun efirində məlumat verib.

Onun sözlərinə görə, hazırda hava təhlükəsi yoxdur və texniki vasitələrlə qeydə alınan obyekt heç bir təhlükə yaratmır.

Vitkauskas həyəcan siqnalına nəyin səbəb olduğunu dəqiqləşdirə bilmədiyini bildirib. Onun sözlərinə görə, buna quşlar və ya başqa amil səbəb ola bilər.

Bildirilib ki, faktiki olaraq hava həyəcanı elan edilməyib. Lakin mövcud prosedura uyğun olaraq sakinlər belə bir təhlükənin yarana biləcəyi barədə xəbərdar ediliblər.

Obyekti müəyyənləşdirmək üçün NATO-nun Litvanın Zoknyay aviabazasında yerləşən qırıcı təyyarələri havaya qaldırılıb.

Xəbərdarlıq təxminən bir saat davam edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər