Sahibə Qafarova Tanzaniyaya səfər edib
Operativ Media
1 dəq oxu
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniya Birləşmiş Respublikasına işgüzar səfərə gedib.
Operativ Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.
Məlumata görə, Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Parlamentlərarası İttifaqın 153-cü Assambleyasında iştirak etmək üçün oktyabrın 3-də Tanzaniyaya səfər edib.
Aruşa şəhərinin Kilimancaro Beynəlxalq Hava Limanında Sahibə Qafarovanı və nümayəndə heyətini Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibov, Tanzaniyanın BMT və Cenevrədəki digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Abdallah Saleh Possi və digər rəsmi şəxslər qarşılayıblar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu