Almaniya Ukraynaya 1 milyard avro dəyərində yardım ayırıb
Operativ Media
1 dəq oxu
Almaniya Ukraynaya əlavə olaraq 1 milyard avro dəyərində hərbi və energetik sahədə yardım ayırıb.
Operativ Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında deyib.
O bildirib ki, Ukrayna ilə əlavə hərbi əməkdaşlıq da razılaşdırılıb. Kansler detalları jurnalistlərə açıqlamaqdan imtina edib.
Almaniya Kansleri Rusiyanın hərbi təhdidləri fonunda Kiyev səfərini qabardıb. "Almaniya limitsiz olaraq Ukraynanın yanındadır", - Merts qeyd edib.
Almaniya Kansleri əlavə edib ki, Rusiya iqtisadiyyatı müharibəni uzun müddət davam etdirməyə qadir deyil: "Rusiya iqtisadiyyatı müharibə səbəbindən tənəzzülün pik həddini yaşayır "- Almaniya Kansleri vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu