Menyu

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

Operativ Media
Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub
1 dəq oxu

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyanın ərazisindəki "Xanskaya" hərbi aerodromuna hava hücumu təşkil edərək, 2 qırıcı təyyarəni və silah-sursat daşıyan avtomobil karvanını vurub.

Operativ Media xəbər verir ki, UTX-nin "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzinin dronları cəbhə xəttindən təxminən 500 kilometr məsafədə yerləşən Rusiya hava bazasına zərbə endirib.

Bildirilir ki, bazada Su-35 çoxməqsədli qırıcı (təxminən 100 milyon dollar ixrac dəyəri ilə), Su-34 qırıcı-bombardmançı təyyarəsi (təxminən 50 milyon dollar ixrac dəyəri ilə) və silah-sursat daşıyan avtomobil karvanı vurulub.

Hər iki döyüş təyyarəsi Rusiya ordusunun Ukraynanın ön mövqelərini və cəbhə xətttində yerləşən şəhərlərini atəşə tutmaq üçün gündəlik istifadə etdiyi idarəolunan hava bombalarının əsas daşıyıcısıdır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər