Kansler: Hər kəs Almaniyaya görə narahatdır
Almaniyada mühafizəkarların yerli seçkilərdə məğlubiyyətindən sonra hökumətin sabitliyi ilə bağlı narahatlıqlar yaranıb.
Operativ Media xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Almaniya kansleri Fridrix Merz deyib.
O bildirib ki, Almaniya hökumətinin sabitliyi ilə bağlı həm Avropa İttifaqı daxilində, həm də digər tərəfdaş ölkələr arasında suallar yaranıb.
“Həm AB daxilində, həm də xaricindəki bir çox tərəfdaş ölkədə Almaniya hökumətinin sabitliyi ilə bağlı artıq bəzi suallar var. Bəlkə də ölkə daxilində bəziləri Almaniya hökumətinin qarşısına qoyduğu vəzifələri yerinə yetirməməsinin nə demək olduğunu tam anlamır”, - deyə Merz bildirib.
Kansler hökumətin sabitliyinin pozulmasının Avropa üçün ciddi nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
“Bu, Avropa üçün ölçüyəgəlməz nəticələrə səbəb ola bilər. Buna görə də hökumətin sabitliyini təmin etmək üçün hər şeyi edəcəyəm”, - deyə o əlavə edib.
dəqiqələr içində saytın olsun.