Menyu

Yəməndə husilərə qarşı hərbi əməliyyat başlayıb

Operativ Media
Yəməndə husilərə qarşı hərbi əməliyyat başlayıb
1 dəq oxu

Yəmən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi husilərin son dövrlərdə ələ keçirdiyi ərazilərin geri qaytarılması məqsədilə hərbi kampaniyaya başlanıldığını açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

"Deeskalasiya üçün bütün imkanlar tükəndikdən sonra husilərin silahlı dəstələrinə qarşı mübarizəyə məsuliyyəti öz üzərimizə götürəcəyik. Qələbəyə nail olmaq üçün dövlət qurumları tam döyüş hazırlığı vəziyyətinə gətiriləcək. Geri qaytaracağımız hər bir şəhərdə bərpa və yenidənqurma mərhələsi başlayacaq. Həmçinin bütün dünyanın adından su yollarını qoruyacağıq", – deyə o bildirib.

Yəmən lideri "Ənsar Allah" qruplaşmasının tərəfdarlarına silahlarını könüllü şəkildə təhvil verəcəkləri təqdirdə amnistiya vəd edib.

"Silahı yerə qoyan hər kəsin təhlükəsiz şəkildə geri qayıtmasına və amnistiyaya zəmanət veririk", – deyə əl-Əlimi vurğulayıb.

Əl-Əlimi həmçinin əhalini, müttəfiqləri və beynəlxalq ictimaiyyəti Yəmənə dəstək göstərməyə çağırıb. O bildirib ki, ölkənin beynəlxalq səviyyədə tanınan hökuməti husilərin qarşısını alacaq.

"Biz husilərin nəzarətində olan ərazilərdə yaşayan xalqımızı Yəmən Silahlı Qüvvələri ilə əməkdaşlıq etməyə çağırırıq", – deyə o qeyd edib.

Qeyd edək ki, husilərlə Yəmən hökumət qüvvələri arasında silahlı qarşıdurma 2014-cü ilin avqustundan davam edir. Hazırda hökumət qüvvələri ilə husilər arasında toqquşmalar daha da şiddətlənib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər