Menyu

Böyük Britaniyada üztanıma sistemindən istifadə olunacaq

Operativ Media
Böyük Britaniyada üztanıma sistemindən istifadə olunacaq
1 dəq oxu

Böyük Britaniya vətəndaşları ölkəyə qayıdarkən hava limanlarındakı elektron sərhəd qapılarında pasportlarını skan etmək əvəzinə üztanıma texnologiyasından istifadə edə biləcəklər.

Operativ Media “The Independent”ə istinadla xəbər verir ki, yeni “təmassız sərhəd” sisteminin növbələri azaltmaq məqsədilə yaxın həftələrdə Birminqem və East Midlands hava limanlarında tətbiq ediləcəyi gözlənilir. 

Sərnişinlər uçuş üçün qeydiyyatdan keçmək və təyyarəyə minmək üçün yenə də pasportlarını özləri ilə götürməli olacaqlar. 

Lakin Böyük Britaniyaya qayıdarkən elektron sərhəd qapılarında pasportun göstərilməsinə ehtiyac qalmaya bilər.

“The Times”ın məlumatına görə, sistemin gələn ilin əvvəlinədək Birminqem, Bristol, Kardiff, East Midlands, Edinburq, Qatvik, Qlazqo, Hitrou, London Siti, Luton, Mançester, Nyukasl və Stansted hava limanlarında fəaliyyət göstərən bütün elektron sərhəd qapılarında tətbiqi nəzərdə tutulur. Hazırda sistemin Böyük Britaniya pasportuna sahib şəxslər üçün istifadəsi planlaşdırılır. 

Gələcəkdə isə elektron sərhəd qapılarından istifadə etmək hüququ biometrik pasportu olan digər ölkələrin vətəndaşlarını da əhatə edə bilər.

Böyük Britaniyanın Sərhəd Xidmətinin baş direktoru Fil Duqlas bildirib ki, yeni sistem sərhəd nəzarəti prosesini 25 faiz sürətləndirə bilər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər