Menyu

Konqoda iki gəmi toqquşub

Operativ Media
Konqoda iki gəmi toqquşub
1 dəq oxu

Konqo çayında iki gəmi toqquşub.

Operativ Media xəbər verir ki, bu barədə "Okapi" radiostansiyası məlumat yayıb.

Sərnişinlərlə tam dolu olan gəmilər ötən gecə naməlum şəraitdə toqquşub və Nqombe-Lukolela yaşayış məntəqəsi (Ekvator əyaləti) ərazisində batıb. Şahidlərin sözlərinə görə, toqquşma nəticəsində insanlar həlak olub, lakin onların dəqiq sayı hazırda məlum deyil, təxminən 30 nəfəri xilas etmək mümkün olub. Bəzi sərnişinlər itkin düşmüş hesab olunur.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Ölənlər və xəsarət alanlar barədə rəsmi məlumatlar hələ açıqlanmayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər