Dəmir çatışmazlığının əlamətləri nələrdir? - Həkim danışır
Dəmir çatışmazlığının əsas əlamətlərindən biri halsızlıq və iştahsızlıqdır. Bununla yanaşı, qavrama qabiliyyətinin zəifləməsi, ağız kənarında çatların əmələ gəlməsi, dildə qlossit, saç tökülməsi və dırnaqların qırılması da müşahidə oluna bilər.
Bu sözləri Operativ Media-ya hepatoloq terapevt Sevinc Abasova deyib.
O bildirib ki, dəmir çatışmazlığı nəticəsində qanda hemoglobinin miqdarı azalır və bu, hipoksiyaya, yəni orqanizmdə oksigen çatışmazlığına səbəb ola bilər:
“Bu zaman xəstənin rəngi avazıya, halsızlıq və təngnəfəslik yarana bilər.
Dəmir hemoglobinin tərkibində olduğu üçün orqanlara oksigenin daşınmasında mühüm rol oynayır. Dəmir çatışmazlığı zamanı orqanlara kifayət qədər oksigen çatmadıqda onların fəaliyyəti zəifləyə, müxtəlif orqanlarda hipoksiya və işemiya əlamətləri yarana bilər.
Ürəkdə isə ağır hallarda aşağı atımlı ürək çatışmazlığı, yəni “low output heart failure” inkişaf edə bilər.
Bundan başqa, soyuğa dözümlülüyün azalması, başgicəllənmə və hətta huşun itirilməsi kimi əlamətlər də müşahidə oluna bilər”.
dəqiqələr içində saytın olsun.