Menyu

Payızda immuniteti artırmaq üçün vacib tövsiyələr - Həkim danışır

Ayşən Sadıxzadə
Payızda immuniteti artırmaq üçün vacib tövsiyələr - Həkim danışır
1 dəq oxu

Payız-qış mövsümündə soyuqdəymə və virus infeksiyalarının artması immunitetin gücləndirilməsini yenidən gündəmə gətirir. Mütəxəssislər isə immun sistemini qorumaq üçün yalnız vitamin və preparatlara deyil, ilk növbədə gündəlik həyat tərzinə diqqət yetirməyin vacibliyini vurğulayırlar.

Mövzu ilə bağlı Operativ Media-ya professor Adil Qeybulla danışıb.

O bildirib ki, immuniteti gücləndirmək üçün ilk növbədə sağlam həyat tərzinə keçmək lazımdır. Bunun üçün pis vərdişlərdən, xüsusilə siqaret və həddindən artıq alkoqol qəbulundan uzaq durmaq vacibdir:

“Fiziki aktivliyi artırmaq, mütəmadi gəzmək və düzgün qidalanmaq da immun sisteminin sağlam saxlanılmasında mühüm rol oynayır. Soyuq havalarda isə geyim formasına düzgün seçim edilməli, bədənin həddindən artıq soyumasına imkan verilməməlidir.

Eyni zamanda vitaminlərlə zəngin qidalara, xüsusilə meyvə və tərəvəzlərə üstünlük verilməsi məqsədəuyğundur.

Oturaq həyat tərzi, həddindən artıq qida qəbulu və hərəkətsizlik immun sistemini zəiflədən, müxtəlif xəstəliklərin yaranma riskini artıran amillər sırasındadır. İnsanlar bu amillərin immunitetə təsirinin fərqində olmalı və gündəlik həyatlarında fiziki aktivliyə, düzgün qidalanmaya və sağlam vərdişlərə üstünlük verməlidirlər”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər