Menyu

İsrailli diplomatlar Böyük Britaniyadan çıxarıla bilər

Operativ Media
İsrailli diplomatlar Böyük Britaniyadan çıxarıla bilər
1 dəq oxu

London İsrailin Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanması qərarından geri çəkilməyəcəyi təqdirdə qarşılıq verə biləcəyini açıqlayıb.

Operativ Media xəbər verir ki, Böyük Britaniyanın İsraildəki səfiri Saymon Uolters İsrailin xarici işlər naziri Gideon Saara bu barədə xəbərdarlıq edib.

Məlumata görə, London konsulluğun bağlanması qərarı ləğv edilmədiyi halda İsrailin 27 diplomatının ölkədən çıxarılması məsələsini nəzərdən keçirir.

İki ölkə arasında münasibətlər Böyük Britaniyanın İordan çayının Qərb sahilindəki məskunlaşma ərazilərinə qarşı iqtisadi sanksiyalar tətbiq etmək qərarından sonra daha da gərginləşib.

Buna cavab olaraq Gideon Saar Şərqi Qüdsdə yerləşən Britaniya konsulluğunun bağlanacağını və burada çalışan əməkdaşların diplomatik vəsiqələrinin ləğv ediləcəyini bildirib.

Konsulluğun bağlanması ilə bağlı qərarın cümə axşamı qüvvəyə minəcəyi gözlənilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər