Mirzoyan və Qalibaf İran-Ermənistan münasibətlərini müzakirə edib
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Operativ Media xəbər verir ki, Qalibaf İranın qonşu ölkələrlə, o cümlədən Ermənistanla əlaqələrin inkişaf etdirilməsinə önəm verdiyini bildirib.
O, İran-Ermənistan strateji əməkdaşlıq müqaviləsinin tezliklə yekunlaşdırılacağına ümid etdiyini deyib.
Qalibaf Qafqazın regiondankənar güclərin geosiyasi rəqabət meydanına çevrilməməli olduğunu vurğulayıb. O, regionda sabitliyin və dövlət sərhədlərinin möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Mirzoyan isə İran-Ermənistan münasibətlərinin dərinləşdirilməsinin, nəqliyyat, enerji və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb.
Ermənistan XİN rəhbəri ölkəsinin ərazisindən İrana qarşı hər hansı addım atılmasına imkan verməyəcəyini bildirib. O, region ölkələrinin sərhədlərinin dəyişməzliyi prinsipinin Ermənistan üçün mühüm olduğunu deyib.
dəqiqələr içində saytın olsun.