Menyu

Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib

Operativ Media
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib
1 dəq oxu

Ankara-Şanlıurfa reysi ilə hərəkət edən sərnişin təyyarəsində partlayıcı maddənin olması barədə məlumat daxil olub.

Operativ Media xəbər verir ki, bu barədə Şanlıurfa valisi Hasan Işıldak açıqlama verib.

Bildirilib ki, oktyabrın 5-də saat 19:00-da Ankaradan Şanlıurfaya yola düşən “AJet” aviaşirkətinə məxsus 4180 saylı sərnişin təyyarəsi saat 20:05-də Şanlıurfa GAP Hava Limanına eniş edib.

Məlumata görə, təyyarənin göyərtəsində 136 sərnişin və 7 ekipaj üzvü olub.

Onların təhlükəsiz şəkildə təxliyəsi üçün bütün zəruri tədbirlər görülüb.

Təyyarə boşaldıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən göyərtədə partlayıcı maddənin olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə axtarış aparılacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər