Menyu

Transxəzər fiber-optik rabitə xətti oktyabr ayında Qazaxıstanda istifadəyə veriləcək

Şəfa Hüseynli
Transxəzər fiber-optik rabitə xətti oktyabr ayında Qazaxıstanda istifadəyə veriləcək
1 dəq oxu

Transxəzər fiber-optik rabitə xəttinin (FOBX) 2026-cı ilin oktyabr ayında istifadəyə verilməsi planlaşdırılır.

Operativ Media xəbər verir ki, bu barədə Baş nazirin müavini, Süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində Sumqayıt sahilindən Aktau sahilinə qədər artıq 390 km kabel çəkilib.

Qeyd edilib ki, yeni Aktau-Sumqayıt marşrutu Qazaxıstan və Azərbaycanın rəqəmsal infrastrukturunu birləşdirəcək. Eyni zamanda, Asiya ilə Avropa arasında birbaşa, yüksək sürətli məlumat ötürmə dəhlizinə çevriləcək. Layihə beynəlxalq rabitənin etibarlılığını artıracaq və iki ölkənin tranzit potensialını gücləndirəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər