Estoniya Latviya ilə sərhəddə immiqrasiya nəzarətini gücləndirib
Operativ Media
1 dəq oxu
Estoniya Polisi və Sərhəd Mühafizəsi Şurası Latviya ilə sərhəd nəzarətini gücləndirib.
Operativ Media xəbər verir ki, bu barədə Estoniya mediası məlumat yayıb.
Bildirilib ki, bu tədbirlər Baltikyanı respublikaya qanunsuz immiqrantların daxil olmaq cəhdlərinin artması səbəbindən görülüb.
Ötən həftə 40-dan çox insanın Latviyadan Estoniyaya qanunsuz daxil olduğu və saxlanıldığı bildirilib.
Estoniya Polisi və Sərhəd Mühafizəsi Şurasının nümayəndəsi miqrantların mənşə ölkələrini müzakirə edərkən qeyd edib ki, Latviya sərhədindəki Estoniya sərhədçiləri ən çox Somali, Efiopiya, Hindistan, Pakistan və Banqladeş vətəndaşlarını saxlayırlar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu