Menyu

Polşa mülki müdafiəyə 26 milyard dollar ayıracaq

Operativ Media
Polşa mülki müdafiəyə 26 milyard dollar ayıracaq
1 dəq oxu

Polşa mülki müdafiə və əhalinin qorunması planına 26 milyard dollar ayıracaq.

Operativ Media xəbər verir ki, bu barədə Baş nazir Donald Tusk bildirib.

O, ölkəsinin beş il ərzində əhalinin qorunması və mülki müdafiə proqramına 102,4 milyard zlotı (26 milyard dollar) investisiya qoymağı planlaşdırdığını bildirib.

"Mülki müdafiənin prioritetlərinə qoruyucu strukturlar, bütün növ sığınacaqlar, xilasetmə avadanlıqları və infrastruktur, eləcə də böhranlar və təbii fəlakətlər zamanı ehtiyatların yaradılması daxildir", - deyə o bildirib.

Tusk maliyyələşdirmənin xəbərdarlıq sistemlərinə, İT sistemlərinə, qurumlar və xidmətlər arasında təhlükəsiz rabitəyə də yönəldiləcəyini bildirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər