Menyu

Azərbaycan və İsrail mina təhlükəsinə qarşı mübarizədə əməkdaşlıq imkanlarını nəzərdən keçirib

Operativ Media
Azərbaycan və İsrail mina təhlükəsinə qarşı mübarizədə əməkdaşlıq imkanlarını nəzərdən keçirib
1 dəq oxu

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov İsrailin Bakıdakı səfiri Ronen Krausz ilə mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib.

Operativ Media xəbər verir ki, bu barədə  ANAMA-dan məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycanda mövcüd mina probleminin miqyası və bu problemin aradan qaldırılması istiqamətində icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə səfirə məlumat verilib.

Həmçinin Azərbaycanın mina təhlükəsi ilə mübarizə fəaliyyətinə İsrail tərəfindən dəstək imkanları, əməkdaşlıq perspektivləri, qabaqcıl texnologiyaların və innovativ həllərin minatəmizləmə prosesinə tətbiqi məsələləri, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər