Menyu

Azərbaycan və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə təşəbbüslər müzakirə olunub

Operativ Media
Azərbaycan və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə təşəbbüslər müzakirə olunub
1 dəq oxu

Bu gün Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl Yəhya ilə görüşüb.

Operativ Media Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Təşkilata üzvlüyünün ölkənin rəqəmsal transformasiya gündəliyinin həyata keçirilməsi və müvafiq sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Azərbaycanda rəqəmsal transformasiyanın dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu bildirilib, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyi qeyd olunub.

Bu siyasətin praktiki nəticəsi olaraq rəqəmsal infrastrukturun inkişafı, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin gücləndirilməsi istiqamətlərində görülən işlər barədə məlumat verilib.

Görüşdə Azərbaycan və Təşkilat arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, müxtəlif istiqamətlərdə təcrübə mübadiləsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər