Makron Nazirlər Kabinetinin iclasını keçirəcək
Operativ Media
1 dəq oxu
Fransa Prezidenti Emmanuel Makron məktəb şagirdləri və işçilərinin davam edən kütləvi etirazları ilə əlaqədar oktyabrın 6-sı axşam Yelisey sarayında nazirlərin iclasını keçirəcək.
Operativ Media xəbər verir ki, bunu prezidentə yaxın mənbələr BFMTV telekanalına bildiriblər.
Məlumata görə, görüşdə Baş nazir Sebastyan Lekornü, daxili işlər naziri Loran Nunyes və milli təhsil naziri Eduar Jeffre iştirak edəcəklər.
Qeyd edək ki, daha əvvəl Fransanın Daxili İşlər Nazirliyi bildirib ki, ölkə boyu etiraz aksiyalarında 256 min nəfər, o cümlədən Parisdə 56 min nəfər iştirak edib.
Etiraz edən yuxarı sinif şagirdlərinə valideynlər, müəllimlər, universitet tələbələri və həmkarlar ittifaqlarının nümayəndələri qoşulub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu