Menyu

Antibiotiklərin özbaşına istifadəsi hansı fəsadlara səbəb ola bilər? – Həkim danışır

Ayşən Sadıxzadə
Antibiotiklərin özbaşına istifadəsi hansı fəsadlara səbəb ola bilər? – Həkim danışır
1 dəq oxu

Antibiotiklərin həkim təyinatı olmadan istifadəsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, insanların özbaşına antibiotik qəbul etməsi həm allergik reaksiyalara və digər fəsadlara, həm də orqanizmin normal mikroflorasının pozulmasına gətirib çıxara bilər.

Bu barədə Operativ Media-ya hepatoloq terapevt Sevinc Abasova danışıb.

O bildirib ki, antibiotiklərin reseptsiz alınması bu gün də, təəssüf ki, mümkündür. Lakin bəzi psixotrop dərmanların və güclü ağrıkəsicilərin, məsələn, tramadol və morfin tərkibli preparatların reseptsiz alınması mümkün deyil:

“Bugünkü gündə insanların antibiotiklərdən özbaşına və geniş şəkildə istifadə etdiyi bir dövrdə yaşayırıq. COVID-19 infeksiyasından sonra bu hal daha da artıb. Xəstələr özbaşına aptekə gedir, istədikləri dərmanı alır və həkim məsləhəti olmadan antibiotik istifadə edirlər.

Lakin insanlar başa düşmürlər ki, antibiotiklərdən düzgün olmayan şəkildə, özbaşına istifadə orqanizmdə ciddi fəsadlara səbəb ola bilər. Bu, ciddi disbakterioza və allergik reaksiyalara gətirib çıxara bilər. Belə hallarda orqanizmin bərpası uzun illər tələb edə bilər. Bəzən isə yaranan fəsadlar geri dönməz xarakter daşıyır”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər