Menyu

Azərbaycan və Özbəkistan arasında konsulluq məsləhətləşmələri keçirilib

Operativ Media
Azərbaycan və Özbəkistan arasında konsulluq məsləhətləşmələri keçirilib
1 dəq oxu

Bakı şəhərində Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) və Özbəkistan XİN arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Özbəkistan nümayəndə heyətinə isə Konsulluq və hüquq idarəsinin rəis müavini Abduvaxit Tursunov rəhbərlik edib.

Görüşdə həmçinin Azərbaycan Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, o cümlədən Özbəkistanın Azərbaycandakı Səfirliyinin nümayəndələri iştirak ediblər.

Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər arasında ədliyyə, təhsil, sərhəd, miqrasiya və digər vacib sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib, o cümlədən vətəndaşların hüquq və müdafiəsinin təmin edilməsi üçün qarşılıqlı müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin əhəmiyyəti vurğuıanıb.

Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər