İranda polis idarəsinə silahlı hücum olub
Operativ Media
1 dəq oxu
İranın Sistan və Bəlucistan vilayətinin Gülşən rayonunda polis idarəsi silahlı hücuma məruz qalıb.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, hücum edənlərdən biri zərərsizləşdirilib.
"İki polis ekipajının çıxış yolunda partlayışın baş verməsi və ardınca silahlı terrorçular tərəfindən atəş açılmasından sonra qətiyyətli tədbir nəticəsində onlardan biri məhv edilib, bir neçəsi isə yaralanıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, bölgə təhlükəsizlik və polis qüvvələrinin nəzarəti altındadır: "Bu terror aktının digər iştirakçılarının müəyyən edilməsi və onlara qarşı tədbir görülməsi üçün lazımi fəaliyyətlər davam etdirilir".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu