Menyu

Qazaxıstan Prezidenti Orta Dəhlizin TRIPP təşəbbüsü ilə inteqrasiyasını müzakirə etməyi təklif edib

Şəfa Hüseynli
Qazaxıstan Prezidenti Orta Dəhlizin TRIPP təşəbbüsü ilə inteqrasiyasını müzakirə etməyi təklif edib
1 dəq oxu

Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev Orta Dəhlizin TRIPP təşəbbüsü ilə inteqrasiyasını müzakirə etməyi təklif edib.

Operativ Media xəbər verir ki, bu barədə Tokayev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü zamanı deyib.

Prezident bildirib ki, Dünya Bankının hesablamalarına görə, bütün infrastruktur tapşırıqları yerinə yetirilərsə Xəzər dənizindən yük axını 2040-cı ilə qədər dörd dəfə arta bilər.

“İnanıram ki, Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası ekspertlər səviyyəsində müzakirə edilə bilər ki, bu da mövcud potensialı genişləndirəcək və bütün ölkələrimizin uzunmüddətli maraqlarına xidmət edəcək”, - deyə Kasım-Jomart Tokayev vurğulayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər