Menyu

Bəhruz Məhərrəmov: Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpüdür

Ayşən Sadıxzadə
Bəhruz Məhərrəmov: Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpüdür
1 dəq oxu

“Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündəki proqram xarakterli çıxışı Azərbaycan-Türkmənistan münasibətlərinin mövcud mənzərəsini və gələcək inkişaf istiqamətlərini bir daha aydın şəkildə nümayiş etdirdi”.

Bunu Operativ Media-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat qeyd edib ki, Azərbaycan və Türkmənistan arasında əlaqələr yalnız coğrafi yaxınlıq, tarixi və mənəvi bağlarla məhdudlaşmır. Onun sözlərinə görə, ən yüksək səviyyədə həyata keçirilən müntəzəm səfərlər və intensiv siyasi dialoq ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini göstərir.

B.Məhərrəmov işğaldan azad edilmiş Füzuli şəhərində Türkmənistanın təşəbbüsü ilə təməli qoyulmuş məscidin inşasını iki ölkə arasındakı mənəvi birliyin və qardaşlıq dəstəyinin bariz nümunəsi kimi qiymətləndirib.

Deputat bildirib ki, münasibətlərin iqtisadi və logistik müstəvisində Xəzər dənizi iki dövləti birləşdirən strateji körpü rolunu oynayır:

“Orta Dəhliz çərçivəsində yükdaşımaların həcminin davamlı artması, Xəzərin dibi ilə çəkilən “Rəqəmsal İpək Yolu” fiber-optik xətti, eləcə də Türkmənistan enerjisinin Azərbaycan vasitəsilə beynəlxalq bazarlara tranziti iki ölkənin Avrasiyanın nəqliyyat və enerji xəritəsindəki yerini möhkəmləndirir”.

B.Məhərrəmov Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatında tamhüquqlu iştirakının əməkdaşlığı regional inteqrasiya səviyyəsinə qaldırdığını, ticarət, investisiya və birgə istehsal sahələrində yeni imkanlar yaratdığını vurğulayıb.

Deputatın sözlərinə görə, strateji proseslərin mərkəzində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət dayanır. O bildirib ki, dövlət başçısı Cənubi Qafqazla Mərkəzi Asiya arasında nəqliyyat və iqtisadi əlaqələrin gücləndirilməsi ilə yanaşı, Xəzəryanı regionda sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verir.

“Prezident İlham Əliyevin Türkmənistan rəhbərliyi ilə yüksək etimada əsaslanan şəxsi diplomatiyası iki ölkə arasındakı münasibətlərin uzunmüddətli, dayanıqlı və müsbət perspektivə malik olmasını təmin edir”, – deyə Bəhruz Məhərrəmov əlavə edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər