Menyu

Fransada polis məktəblilərin etirazına gözyaşardıcı qazla müdaxilə edib

Nicat Hüseynli
Fransada polis məktəblilərin etirazına gözyaşardıcı qazla müdaxilə edib
1 dəq oxu

Fransanın Nantes şəhərində məktəb və universitet tələbələrinin etiraz aksiyası zamanı polis gözyaşardıcı qazdan istifadə edib.

Operativ Media xəbər verir ki, bu barədə “CNews” telekanalı məlumat yayıb.

Məlumata görə, bəzi nümayişçilər küçələri zibil qutuları və tikinti çəpərləri ilə bağlamağa çalışıblar. Bundan sonra polis müdaxilə edib və bir neçə nəfər saxlanılıb.

"Fransada məktəblilərin etirazları sentyabrın sonlarından başlayıb və digər şəhərlərə də yayılıb. Etirazlar zamanı polis və nümayişçilər arasında bir sıra toqquşmalar baş verib", - məlumatda qeyd olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər