Menyu

Azərbaycan və Qırğızıstan ədliyyə nazirləri görüşüb

Operativ Media
Azərbaycan və Qırğızıstan ədliyyə nazirləri görüşüb
1 dəq oxu

Ədliyyə naziri Fərid Əhmədov Qırğız Respublikasının Baş nazirinin müavini, ədliyyə naziri Almaz Ayılçiyev ilə görüşüb.

Bu barədə Operativ Media-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və Qırğız Respublikası arasında münasibətlərin yüksək səviyyədə olduğu və dövlət başçıları arasında qarşılıqlı səfərlərin əlaqələrin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

İki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlığın möhkəm hüquqi bazaya söykəndiyi, notariat, penitensiar sistem, probasiya, mediasiya və məhkəmə ekspertizası kimi sahələrdə təcrübə mübadiləsinin həyata keçirildiyi qeyd olunub.

Tərəflər hər iki dövlətin ədliyyə nazirlikləri arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi, yeni təşəbbüslərin həyata keçirilməsi, həmçinin TDT çərçivəsində hüquq və ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda tərəflər arasında Əməkdaşlıq proqramı hazırlanıb, gələcəkdə imzalanması barədə razılığa gəlinib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər