Menyu

XİN: 2020-ci ildən indiyədək 443 Azərbaycan vətəndaşı mina qurbanı olub

Operativ Media
XİN: 2020-ci ildən indiyədək 443 Azərbaycan vətəndaşı mina qurbanı olub
1 dəq oxu

Bu gün Cəbrayıl rayonunda ata və oğlu mina partlayışı nəticəsində ağır xəsarət alıb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, bununla da 2020-ci il müharibəsindən sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb.

“Bu dəhşətli hadisə minaların yaratdığı ölümcül və ayrı-seçkisiz təhlükəni, onların günahsız insanların həyatına son qoymaqda və ağır xəsarətlər yetirməkdə davam etdiyini bir daha nümayiş etdirir”, – paylaşımda qeyd olunub.

Azərbaycan XİN minaların yaratdığı davamlı təhlükəni qətiyyətlə pisləyib və Azərbaycanda minatəmizləmə fəaliyyətinə daha çox beynəlxalq diqqətin göstərilməsinə çağırıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər