Menyu

İstanbulda 7 mərtəbəli bina uçub

Nicat Hüseynli
İstanbulda 7 mərtəbəli bina uçub
1 dəq oxu

İstanbulun Maltepe rayonunda 7 mərtəbəli binanın ilk üç mərtəbəsinin qismən uçması nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralı vəziyyətdə xilas edilib. Dağıntılar altında qaldığı ehtimal olunan 3 nəfərin axtarışı davam edir.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Hadisə Cevizli məhəlləsində saat 05:40 radələrində baş verib. Əraziyə AFAD, yanğınsöndürmə, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Xilasedicilər xüsusi təlim keçmiş K-9 itlərindən istifadə etməklə axtarış aparırlar. Binanın qalan hissəsinin də uçma təhlükəsi nəzərə alınaraq ərazidə nəzarətli söküntü işlərinə başlanılıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər