Menyu

Tramp administrasiyası “Microsoft”un "Green Card" proqramında iştirakını dayandırıb

Nicat Hüseynli
Tramp administrasiyası “Microsoft”un "Green Card" proqramında iştirakını dayandırıb
1 dəq oxu

ABŞ Prezidenti Donald Trampın administrasiyası “Microsoft” şirkətinin H-1B vizası ilə çalışan xarici əməkdaşlar üçün qrin kart əldə etməyə imkan verən proqramda iştirakını dayandırıb.

Operativ Media xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, ABŞ vitse-prezidenti Cey Di Vens şirkəti sistemdən sui-istifadə etməkdə ittiham edib.

Onun sözlərinə görə, şirkətlər xarici əməkdaşlar üçün "Green Card" almamışdan əvvəl müəyyən vakansiyalara amerikalı işçilər tapa bilmədiklərini sübut etməlidirlər.

Vens bildirib ki, “Microsoft” ötən il 6 min amerikalı əməkdaşı işdən çıxardığı halda, xarici işçilər üçün 6 300 H-1B vizası və 3 minə yaxın "Green Card" əldə edib. “Microsoft” qərarla bağlı hələlik açıqlama verməyib

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər