Ukraynada qatar qəzasında 8 nəfər xəsarət alıb
Operativ Media
1 dəq oxu
Ukraynanın qərbində Lvovda qatarla elektrovozun toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Operativ Media Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə "Ukrzaliznitsa" məlumat yayıb.
"Lvov-Sokal qatarı Pidzamçe stansiyasından yola düşərkən elektrovozla toqquşub. Maşinist ayağından xəsarət alıb, daha dörd sərnişin yaralanıb. Lokomotivin maşinistləri xəsarət almayıblar", - məlumatda deyilir.
Toqquşmanın mümkün səbəbi hələ açıqlanmır.
Daha əvvəl qatar qəzasında səkkiz nəfərin xəsarət aldığı bildirilib. Lvov vilayətinin Təcili Tibbi Yardım Mərkəzinin nümayəndəsi Tatyana Andreyeva beş nəfərin xəstəxanaya yerləşdirildiyini, daha üç nəfərə isə hadisə yerində tibbi yardım göstərildiyini açıqlayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu