Menyu

Vüqar Bayramov: Xəzərin qorunması üçün Xəzəryanı ölkələrin birgə fəaliyyəti vacibdir

Operativ Media
Vüqar Bayramov: Xəzərin qorunması üçün Xəzəryanı ölkələrin birgə fəaliyyəti vacibdir
1 dəq oxu

Xəzərin suyunun azalması və dayazlaşmasının qarşısının alınması üçün Xəzəryanı ölkələrin birgə fəaliyyəti və sistemli əməkdaşlığı gücləndirilməlidir.

Operativ Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov Xəzər ekologiya sammitində Prezident İlham Əliyevin çıxışını şərh edərkən bildirib.

Deputat qeyd edib ki, dövlət başçısı çıxışında Xəzərin su səviyyəsinin azalması və bunun ekoloji təsirləri ilə bağlı mühüm məsələlərə toxunub.

Onun sözlərinə görə, Xəzərin qorunması və dayazlaşmasının qarşısının alınması Azərbaycan üçün həm ekoloji, həm də iqtisadi baxımdan əhəmiyyətlidir.

V.Bayramov vurğulayıb ki, problemin həlli üçün Xəzəryanı ölkələrin birgə nəzarəti və sistemli fəaliyyətinin təmin edilməsi vacibdir.

Deputat bildirib ki, Xəzərdə suyun səviyyəsinin azalması və ekoloji problemlərin artması ölkələrin birgə səylərini zəruri edir. Onun fikrincə, Xəzərin qorunması istiqamətində əməkdaşlığın gücləndirilməsi əsas prioritetlərdən biri olmalıdır.

V.Bayramovun sözlərinə görə, Xəzərin mühafizəsi üçün ən vacib yollardan biri Xəzəryanı ölkələr arasında əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndirilməsi və bu istiqamətdə sistemli tədbirlərin həyata keçirilməsidir.

Əlaqəli Xəbərlər