Menyu

Xəzərin səviyyəsinin enməsi ilə bağlı dövlətlərarası komissiyasının ilk iclası gələn il Azərbaycanda keçiriləcək

Operativ Media
Xəzərin səviyyəsinin enməsi ilə bağlı dövlətlərarası komissiyasının ilk iclası gələn il Azərbaycanda keçiriləcək
1 dəq oxu

Xəzərin səviyyəsinin enməsi ilə bağlı dövlətlərarası komissiyasının ilk iclası 2027-ci ilin ilk yarısında Azərbaycanda keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə beş Xəzəryanı dövlətin (Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan) başçısının iştirakı ilə keçirilən Xəzər Ekoloji Sammitində qərar qəbul olunub.

Dövlət başçıları Azərbaycan, Qazaxıstan və Türkmənistanın hökumət başçılarının müavinləri, İran və Rusiyanın yüksək vəzifəli nümayəndələri səviyyəsində Komissiyanın təsis edilməsini razılaşdırıblar.

Sonrakı iclasların Xəzəryanı dövlətlərin ərazilərində ingilis əlifbasının sıralanma qaydasına uyğun olaraq növbə ilə keçiriləcək.

Sözügedən məsələ ilə bağlı komissiya və ya işçi/ekspert qruplarının yaradılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülüb.

29 iyun 2022-ci ildə Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Prezident İlham Əliyev Xəzər dənizinin səviyyəsinin sürətlə enməsi və dayazlaşması problemini xüsusi vurğulayaraq, bu ekoloji fəlakətin səbəblərini öyrənmək və fəsadların qarşısını almaq üçün Xəzəryanı ölkələrin mütəxəssislərindən ibarət birgə ekspert qruplarının yaradılmasını təklif edib.

Əlaqəli Xəbərlər