Menyu

Hindistanda yol qəzasında 7 nəfər ölüb

Nicat Hüseynli
Hindistanda yol qəzasında 7 nəfər ölüb
1 dəq oxu

Hindistanın qərbində baş verən yol qəzasında 7 nəfər həlak olub, 20 nəfər xəsarət alıb.

Operativ Media xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.

Hadisə oktyabrın 9-da Qucarat ştatının Kuç rayonunda, Xavda Bərpa Olunan Enerji Parkının ərazisində baş verib.

Məlumata görə, yük avtomobili sərnişin daşıyan nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza zamanı sərnişin nəqliyyat vasitəsində əksəriyyəti fəhlələr olmaqla, təxminən 32 nəfər olub. Yaralılar xəstəxanaya yerləşdirilib, həlak olanların şəxsiyyətləri müəyyənləşdirilib və cəsədlərin ailələrinə təhvil verilməsi üçün tədbirlər görülür.

Əlaqəli Xəbərlər