Menyu

“Tibb işçisinin etik davranış qaydaları” proqramı ölkə üzrə 56 min əməkdaşı əhatə edib

Operativ Media
“Tibb işçisinin etik davranış qaydaları” proqramı  ölkə üzrə 56 min əməkdaşı əhatə edib
1 dəq oxu

Tibb işçilərinin davranış və ünsiyyət bacarıqlarını beynəlxalq standartlara uyğun inkişaf etdirmək və vətəndaşların xidmət keyfiyyətindən məmnunluğunu artırmaq məqsədilə TƏBİB tərəfindən “Tibb işçisinin etik davranış qaydaları” proqramı həyata keçirilib.

Bu barədə Operativ Media-ya TƏBİB-dən bildirilib.

TƏBİB-in tabeliyindəki bütün tibb müəssisələrində tətbiq olunan proqramda ölkə üzrə 56 000 tibb işçisi iştirak edib.

Proqram mərhələli şəkildə silsilə təlimlər şəklində təşkil olunub. Təlimlər şəxsi sərhədlərə hörmət, vətəndaşlara nəzakət və həssaslıqla yanaşma, eləcə də effektiv ünsiyyət mövzularını əhatə edib.

Fotogalereya

Əlaqəli Xəbərlər