Menyu

Pezeşkian MDB+1 formatının yaradılmasını təklif edib

Nicat Hüseynli
Pezeşkian MDB+1 formatının yaradılmasını təklif edib
1 dəq oxu

İran Prezidenti Məsud Pezeşkian İranla Müstəqil Dövlətlər Birliyi (MDB) arasında əməkdaşlığı genişləndirmək məqsədilə “MDB+1” formatının yaradılmasını təklif edib.

Operativ Media xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Pezeşkian Türkmənistanda keçirilən MDB sammitində bu formatın dialoq və əməkdaşlıq üçün çevik mexanizm ola biləcəyini bildirib.

O, regional diplomatiyanın münaqişələrin qarşısının alınmasına və praktiki əməkdaşlığın inkişafına xidmət etməli olduğunu vurğulayıb. Prezident həmçinin İranın nəqliyyat dəhlizləri vasitəsilə Mərkəzi Asiyanı Cənubi Asiya, Afrika və Avropa ilə birləşdirmək imkanlarına diqqət çəkib.

Əlaqəli Xəbərlər