Menyu

TƏBİB tərəfindən hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri həyata keçirilib

Operativ Media
TƏBİB tərəfindən hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri həyata keçirilib
1 dəq oxu

Ölkə üçün prioritet sahələrdən biri olan ana, qadın və uşaq sağlamlığının yaxşılaşdırılması məqsədilə TƏBİB tərəfindən hərəkət məhdudiyyəti olan qız uşaqlarının tibbi müayinələri aparılıb.

Operativ Media xəbər verir ki, bu barədə TƏBİB məlumat verib.

Müayinələr Sosial Xidmətlər Agentliyinin əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsində baş tutub.

Xəzər Tibb Mərkəzinin pediatr, kardioloq, endokrinoloq, nevroloq, ginekoloq və cərrah həkimlərindən ibarət tibb heyəti tərəfindən müxtəlif yaş qruplarından olan 14 uşağın sağlamlıq vəziyyəti qiymətləndirilib, müalicə-profilaktik tövsiyələr verilib.

Uşaqlar, həmçinin EKQ, USM və laborator müayinələrə cəlb olunublar.

Tibbi müayinələr TƏBİB və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Fotogalereya

Əlaqəli Xəbərlər