Menyu

Azərbaycan və Yaponiya fəlakətlərin qarşısının alınmasında İKT-nin tətbiqini müzakirə edib

Operativ Media
Azərbaycan və Yaponiya fəlakətlərin qarşısının alınmasında İKT-nin tətbiqini müzakirə edib
1 dəq oxu

Azərbaycanla Yaponiya informasiya və kommunikasiya texnologiyaları (İKT) və poçt xidmətləri sahəsində əməkdaşlığa dair Fəaliyyət Planının yekunlaşdırılmasını, Hiroşima Süni İntellekt Prosesində iştirak və fəlakətlərin qarşısının alınmasında İKT-nin tətbiqini müzakirə edib.

Operativ Media  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr nazir müavini Saməddin Əsədovun Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin beynəlxalq məsələlər üzrə nazir müavini Hideo Fuseda ilə görüşdə aparılıb.

Görüşdə həmçinin Azərbaycan və Yaponiya arasında rəqəmsal inkişaf və informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi, süni intellekt, rəqəmsal transformasiya və innovasiya istiqamətlərində təcrübə mübadiləsi, həmçinin birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Fotogalereya

Əlaqəli Xəbərlər