Menyu

Keçmiş Çin məmuru rüşvətxorluğa görə 14 il həbs cəzasına məhkum edilib

Şəfa Hüseynli
Keçmiş Çin məmuru rüşvətxorluğa görə 14 il həbs cəzasına məhkum edilib
1 dəq oxu

Çin hakimiyyəti Mərkəzi Çin Hubey əyalətinin Siyasi Məşvərət Şurasının keçmiş sədr müavini Çjou Syanvanı 60,5 milyon yuan (cari məzənnə ilə təxminən 9 milyon dollar) məbləğində rüşvət aldığına görə 14 il həbs cəzasına məhkum edib.

Operativ Media xəbər verir ki, bu barədə Şanqsu şəhərinin (Xenan əyaləti, mərkəzi Çin) Orta Xalq Məhkəməsi məlumat yayıb.

İstintaqa görə, keçmiş məmur təşkilatlara və şəxslərə inzibati icazələrin, tikinti müqavilələrinin alınmasında və biznes problemlərinin həllində kömək etmək üçün rüşvət alaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Əlaqəli Xəbərlər