Menyu

Donald Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib

Operativ Media
Donald Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib.

Operativ Media xəbər verir ki, bu barədə Tramp sosial media hesabında yazıb.

Onun sözlərinə görə, Keyt hazırda Truth Social (Trump Media & Technology Group) şirkətində baş kommunikasiya məsləhətçisi vəzifəsində çalışır və bu vəzifədə olduqca uğurludur.

ABŞ prezidenti sosial şəbəkədə yazıb: “Keti Kaliforniyadandır. O, əvvəllər ABŞ Daxili Təhlükəsizlik Departamentində mətbuat katibi və ictimaiyyətlə əlaqələr üzrə köməkçi katibin müavini vəzifələrində çalışıb. Keti Pepperdine Universitetinin və Pepperdine Universitetinin Caruso Hüquq Məktəbinin fərqlənmə diplomu ilə məzunu, hüquqşünas, Fox News və Newsmax kimi media qurumlarında şərhçidir”.

Qeyd edək ki, Keyt mətbuat katibi kimi Kerolin Levittin yerinə keçəcək. 

Əlaqəli Xəbərlər