Menyu

Belçika Kralı Filipp və kraliça Matilda Qazaxıstana dövlət səfəri edəcəklər

Şəfa Hüseynli
Belçika Kralı Filipp və kraliça Matilda Qazaxıstana dövlət səfəri edəcəklər
1 dəq oxu

Belçika Kralı Filipp və Kraliça Matilda 11-14 oktyabr tarixlərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Qazaxıstana dövlət səfəri edəcəklər.

Operativ Media xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan və Belçika arasında çoxşaxəli əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq.

Kasım-Jomart Tokayev, Kral Filip və Kraliça Matildanın Qazaxıstan-Belçika Biznes Şurasının 4-cü iclasında və iki ölkənin Universitet Rektorları Forumunda, eləcə də bir sıra digər tədbirlərdə birgə iştirakı gözlənilir.

Səfərin yekunları üzrə Birgə Bəyanatın qəbul edilməsi və bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Əlaqəli Xəbərlər