Menyu

Tramp Zelenskidən Rusiya zavodlarına hücumları dayandırmağı istəyib

Nicat Hüseynli
Tramp Zelenskidən Rusiya zavodlarına hücumları dayandırmağı istəyib
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağa çağırdığını, lakin onun bu tələblərə məhəl qoymadığını bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Donald Tramp jurnalistlərə açıqlaması zamanı deyib.

O, Rusiyanın neft emalı zavodlarına zərbələrin dizel yanacağı ilə bağlı qlobal problemləri dərinləşdirə biləcəyini deyib.

Donald Trump dizel yanacağı istehsalı üçün neft emalı zavodlarının çatışmazlığının ciddi problem yaratdığını vurğulayıb.

Əlaqəli Xəbərlər