Menyu

Ərəb Dövlətləri Liqası husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib

Operativ Media
Ərəb Dövlətləri Liqası husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
1 dəq oxu

Ərəb Dövlətləri Liqası Yəməndəki husilərin Səudiyyə Ərəbistanına davam edən hücumlarını beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirib.

Operativ Media xəbər verir ki, təşkilatın bəyanatında mülki aviasiya obyektlərinə təkrar hücumların təhlükəli eskalasiyaya yol açdığı vurğulanıb. Bəyanatı Misirin “Əl-Qahira əl-İxbariyyə” telekanalı yayıb.

Təşkilat Səudiyyə Ərəbistanının təhlükəsizliyinin ərəb ölkələrinin kollektiv təhlükəsizliyinin ayrılmaz hissəsi olduğunu da qeyd edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi bir gün əvvəl Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına husilərin hücumu nəticəsində azı 12 nəfərin öldüyünü, 309 nəfərin yaralandığını təsdiqləyib.

Əlaqəli Xəbərlər