Menyu

Peskov: Putin və Tramp arasında ictimaiyyətə açıqlanmayan telefon danışığı olmuş ola bilər

Operativ Media
Peskov: Putin və Tramp arasında ictimaiyyətə açıqlanmayan telefon danışığı olmuş ola bilər
1 dəq oxu

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında ictimaiyyətə açıqlanmayan telefon danışığı baş tutmuş ola bilər.

Operativ Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, iki lider arasında belə bir telefon danışığı baş tutsa da, bu barədə ictimaiyyətə məlumat verilməmiş ola bilər.

Qeyd edək ki, 9 oktyabr tarixində ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar apardığını və Rusiyanın ABŞ və dünya bazarına böyük həcmdə dizel yanacağı tədarük etməsi barədə razılıq əldə olunduğunu açıqlayıb.

Əlaqəli Xəbərlər